Şirk hər hansı ibadəti Allahdan başqası üçün etməkdir.
Şirki nə üçün öyrənirik?
Şirki nə üçün öyrənirik?
Şirki incəlikləri ilə öyrənməyimizin müxtəlif səbəbləri var:
1- Şübhəsiz ki, şirk (Allaha şərik qoşmaq) insanın ən böyük günahıdır. Bu, Allahın qəzəbinə və cəhənnəmdə əbədi qalmağa səbəb olur. Belə olduğu halda ondan çəkinməli, bu günaha yol verməmək üçün şirki öyrənməliyik. Ömər b. əl-Xəttab (r.a) belə buyurub:“İslamda cahillik dövrünü bilməyənlər olduqca İslamın qulpları da bir-bir sınacaq.”
İnsan özünü qorumaq üçün təhlükəli yerləri bilməlidir.
2- Tövhid Allahın haqqı və Onun üçün yerinə yetirəcəyimiz vəzifədir.

Bu səbəbdən Allaha şərik qoşmaq böyük zülmdür. Belə ki, Allah Təala buyurur:“...Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” («Loğman» surəsi, 31/13).
Bu səbəbdən tövhidə zidd olan, Allahın haqqını yerinə yetirmək imkanını aradan qaldıracaq vəziyyətə düşməmək üçün şirki öyrənib bilmək lazımdır. Çünki əks təqdirdə, Allaha şərik qoşmaqla yanaşı ən böyük zülm etmiş olarıq.

Allaha şərik qoşmanın saysız-hesabsız açıq və gizli nümunələri vardır ki, onları aradan qaldırılmasının bir vasitəsi olaraq, Quranı və Allahın Elçisinin (s.ə.s) Sünnəsini dərindən mənimsəmək - oxuyub öyrənmək və onları başa düşməklə mümkündür. Oxuyub başa düşmək üçün isə, insan Allaha və Onun Peyğəmbərinə (s.ə.s) iman gətirməlidir və bunu səmimi olaraq istəməlidir. Yalnız sonuncu halda, Fövqəlqüdrət Sahibi yuxarıda qeyd etdiyimizin gerçəkləşməsi üçün ona doğru yol göstərə bilər. Çünki Allah istəmədikcə, heç nə mümkün deyil! İnsan Allah qarşısında səmimi olmadıqca, O (Pak və Müqəddəs), ona hidayət verməz, yəni doğru yol göstərməz. Bu düşüncələrimiz Allahın Quranına və Onun Peyğəmbərinin (s.ə.s) səhih hədislərinə (Sünnəsinə) əsaslanır. F.S.
ReplyDelete