Tuesday, June 21, 2011

Allaha şərik qoşmağın səbəbi

Ümumiyyətlə, Adəmoğulları arasında Allaha şərik qoşmağın ən böyük səbəblərindən biri onların əməlisaleh insanlarla münasibətdə həddi aşmalarıdır. Allah Təala buyurur: “Və dedilər: “Öz tanrılarınızı tərk etməyin, (xüsusilə) Bəddi, Suvaı, Yəğusu, Yəuqu və Nəsri atmayın!” («Nuh» surəsi, 71/23).

İbn Abbas (r.a) belə deyib: “Onlar Nuh qövmündən olan bəzi əməlisaleh insanların adları idi. Onlar vəfat etdikdən sonra şeytan insanlara həmin şəxslərin heykəllərini qoymağa təhrik etdi. Sonradan onlar həmin heykəllərin ətrafında toplaşdılar. Nəhayət uzun müddət sonra onlara ibadət etməyə başladılar” (Buxari N: 4920).

Buradan da aydın olduğu kimi, tövhid üçün ən təhlükəli cəhətlərdən biri vəfat edən əməlisaleh insanlarla münasibətdə həddi aşmaq, onlara türbələr ucaltmaq, buranı pirə çevirmək, həmin yerlərdə qalıb gözləmək, Allahı qoyub onlara ibadət etməkdir. Şübhəsiz ki, bu, şirkin ən böyük qapılarından biridir.


Mənbə

No comments:

Post a Comment